İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sionist yəhudi dövləti işğalda olan Fələstinin şimal-şərqində yerləşən Təbəriyyə rayonundakı Zahir Ömər Zeydani məscidini ticarət və istirahət mərkəzinə çevirməyi planlaşdırıb.
Sionist rejiminin parlamentidəki "müştərək ərəb siyahısı" komisiyasının üzvü Məsud Ğənayim işğalçı İsrail rejiminin itisadiyyat nazirinə məktub yazaraq bu məscidin müsəlmanlar yanında hörmətli, müqəddəs və tarixi baxımdan əhəmiyyətli oluğunu vurğulayaq, qeyd edilən rayonda ticarət və istirahət mərkəzinin tikilməsinə etiraz və bunu müsəlmanların inancına qarşı təhqir hesab edib.
Qeyd edək ki, işğalda olan Fələstinin şimal-şərqində yerləşən Təbəriyyə rayonundakı bu məscid 18-ci əsrdə Zahir Ömər Zeydani tərəfindən tikilib. Məscid həm də "Fuqani məscid" adı ilə də məşhurdur ki, hazırda istifadəsiz qalıb və yəhudilərin lazımsız əşyalarının anbarına çevirilib.