İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin Ənsarullah hərəkatının döyüşçüləri Səudiyyə Ərəbistanın Cizan əyalətini 8 ballistik raketlə vurub.
Ən-Nəşrə xəbər agentliyinin informasiya portalı Yəmənin Ənsarullah hərəkatının döyüşçüləri tərəfindən Ərəbistanın Cizan əyalətinə atılan səkkiz ballistik raketin "Bədr-1" növündən olduğunu xəbər verib.
Ənsarullah döyüşçüləri bu raketlərlə Cizan regionunun iqtisadi strukturlarını hədəfə alıblar.
Əl-Ərəbiyyə peyk tv kanalının informasiya portalının yaydığı xəbərdə deyilir ki, Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri bu raketlərindən dördünü hədəfə çatmamış sıradan çıxardıblar, amma digər dörd raketin taleyi məlum deyil.
http://iqna.ir/fa/news/3709835