İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünya universitetlərinin müsəlman tələbələrinin VI beynəlxalq Qurani-Kərim yarışları bu gün, həftənin bazar günü, 29 Aprel 2018-ci il, günün ikinci yarısında öz işini başa vurdu.
İran İslam Respublikasının müqəddəs Məşhəd şəhərində, mehribanlıqlar imamı, Əhli-Beytdən (ə) olan 8-ci məsum rəhbər Həzrət İmam Rzanın (ə) hərəminin qonşuluğunda, İmam Rza (ə) hərəminin İslami Araşdırmalar Mərkəzinin binasında keçirilən müsəlman tələbələrinin VI beynəlxalq Qurani-Kərim yarışlarının final mərhələsində 5 nəfər Quranın hifzi və 5 nəfər Quranın qiraəti üzrə yarışıblar və hər ixtisas üzrə ilk üç yerin qalibləri məlum olub.
Beynəlxalq hakimlərin son rəylərinə əsasən İran İslam Respublikasının nümayəndəsi Müctəba Fərdfani Qurani-Kərimin hifzi üzrə birinci yeri əldə edib. Həmin ixtisas üzrə ikinci yeri Nigeriyanın nümayəndəsi Harun Mamadu Həsən və üçüncü yeri İndoneziyanın nümayəndəsi Məhəmməd Həmidi Həna qazanıb.
Yarışların peşəkar Quran qiraəti üzrə ixtisasında İran İslam Respublikasının nümayəndəsi Mehdi Qulamnicat birinci yeri, Əfqanıstan İslam Cümhuriyyətinin nümayəndəsi Məhəmməd Əli Füruği ikinci yeri və İraqın nümayəndəsi Əhməd Camal Kamal Misravi isə üçüncü yeri qazanmışlar.