İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, son hesablamara əsasən, Qurani-Kərimi əzbər bilinlərinin sayına görə, Pakistan İslam Respublikası birinci yeri tutur.
Bu ölkədə təkcə Dyubəndi* təriqətinin nəzarəti altında fəaliyyət göstərən "Vifaqul-Mədarisil-Ərəbiyyə" təşkilatının mədrəsələrində təhsil alan 1 milyon 100 min nəfər oğlan və qız Qurani-Kərimi əzbərləyiblər.
İran İslam Respublikasının Kəraçi şəhərindəki Mədəniyyət Mərkəzinin yaydığı məlumatda deyilir ki, təkcə bu il, "Vifaqul-Mədarisil-Ərəbiyyə" təşkilatının mədrəsələrində 26 min 132 nəfər tələbə Quran hifzi şəhadətnaməsini almaq üçün imtahan verib və həmçinin cari ildə 73 min 427 qız və oğlan tələbə Quranın hifzi üzrə imtahan verəcəklər. Bundan əlavə bu il bu mədrəsələrdə 26 min qız və oğlan tələbə Quran hifzi dərslərinə başlayacaqlar.
Dyubəndi təriqətinin nəzarəti altında fəaliyyət göstərən "Vifaqul-Mədarisil-Ərəbiyyə" təşkilatının Vifaqul-Ərəbiyyə, əl-Mədarisus-Sələfiyyə, Tənzimul-Mədaris və əl-Mədarisul-İslamiyyə mədrəsələrində oxuyan 120 min nəfər tələbə keçən bir il ərzində Quranı hifz edib.
Pakistanın "Cəmaətul-İslami" partiyasının nəzarətində olan "Rabitətul-mədarisul-İslamiyyə" təşkilatının mədrəsələrində bu il 4 min 852 tələbə Qurani-Kərimi hifz edib. "əl-Mədarisus-Sələfiyyə" təşkilatının mədrəsələri isə 3 min 526 nəfər tələbə Qurani-Kərimi hifz edə biliblər.
Hər il Dyubəndiyyə təriqətinin "Cəmati- təbliğ" mədrəsələrində iki min nəfər tələbə və "Minhacul-Quran" mədrəsələrində isə 500 nəfər tələbə Qurani-Kərimi hifz edirlər.
Bu mədrəsələrdə oxuyan tələbələr Qurani-Kərimi bir ildən iki ilədək müddətdə zəbərləyə bilirlər. Qurani hifz edən tələbələr Qurani-Kərimin təcvid qaydası ilə oxumaq kurslarını bitirirlər.
*DYUBƏNDİ təriqəti əhli-sünnə məzhəbinin sufi qollarından biridir. Bu təriqət ilk dəfə Hindistanda yaranıb, sonralar Əfqanıstan, Pakistan, Cənubi Afrika və Britaniyaya qədər genişlənib.