IQNA

Misirin “Əl-Əzhər” qurumunun Quran hafizlərinə həsr olunmuş böyük təntənəli mərasimi keçirilib

1:00 - November 04, 2025
Xəbər sayı: 3499149
İQNA - Bu tədbirdə 600-ü “əl-Əzhər” məktəblərinin şagirdləri olmaqla, ümumilikdə 1030 oğlan və qız Quran hafizi təltif olunub.

“Əl-Xəlic” qəzetinin məlumatına görə, mərasim Misirin “Cizə” vilayətində, “İmam” İslam Mərkəzinin təşkilatçılığı və “əl-Əzhərin” şeyxi Əhməd ət-Tayyibin nəzarəti ilə “Ğammazə əl-Kübra” kəndində illik ənənəvi Quran hafizləri təltif mərasimi kimi keçirilib.

“Əl-Əzhər” Universitetinin rektoru Səlamə Cümə Davud Quran hafizlərini və onların ailələrini təbrik edərək bildirib ki, “əl-Əzhərin” missiyası İslamın və müsəlmanların irsini qorumaqdır.

O əlavə edib ki, Quran hafizləri Allahın xüsusi bəndələridir və Quran-Kərim Uca Allahın sifətlərindən biri olan “Kərim” adını daşıyır.

Davud vurğulayıb: “Bu gün şahidi olduğumuz mənzərə ‘əl-Əzhərin’ Quranın və mübarək Sünnənin qorunmasına əsaslanan siyasətinin həqiqi bəhrəsidir.”

O, həmçinin deyib: “Quran hafizləri olduğu müddətcə İslam ümməti qalib və qorunmuş bir ümmət olaraq qalacaq.”

Mərasimin sonunda Qurani-Kərimi tam əzbərləmiş ən yaxşı oğlan və qız hafizlərə 210 ümrə səfəri və digər hafizlərə pul mükafatları təqdim edilib.

4314406

Teqlər: misir ، Əl Əzhər ، quran ، hafiz
captcha