IQNA

Kazanda İslam dünyası və Rusiya iqtisadi konfransı

13:52 - May 11, 2018
Xəbər sayı: 3483151
Rusiya federasiyasının Tatarıstan cümhuriyyətinin paytaxtı Kazanda 50 ölkədən 3 min nəfərin işitrakı ilə keçirilən İslam dünyası və Rusiya iqtisadiyyatı konfransı üç gün davam edəcəkdir.

Kazanda İslam dünyası və Rusiya iqtisadi konfransıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin Cüməaxşamı günü, 10 May 2018-ci il, İslam dünyası və Rusiyanın iqtisadi iclası öz işinə başlayıb.

Kazanda 50 ölkədən 3 min nəfərin işitrakı ilə keçirilən İslam dünyası və Rusiya iqtisadiyyatı konfransı üç gün davam edəcəkdir.

İclasın açılış mərasimində işitrak edən Rusiya prezidenti Vladimir Putin bu üç günlük konfransda iştirak edənlərə xoşgəldin deyib və vurğulayıb ki, Rusiya toplantıda iştirak edən bütün ölkələrin beynəlxalq iqtisadi bərabərliyini və iqtisadi əlaqələrdə ədalət prinsiplərinin gücləndirilməsini dəstəkləyəcəkdir.

Rusiya prezidenti əlavə edib: İslam dünyası və Rusiyanın müştərək iqtisadi iclasının əsas proqramları iclasda iştirak edən ölkələrin maliyyə, sərmayə, ticarət məsələləri və iqtisadi infrastrukturlarının müzakirəsi olacaqdır.

Qeyd edək ki, İslam dünyası və Rusiyanın müştərək iqtisadi iclası ilk dəfə 2009-cu ildə Rusiya federasiyasının Tatarıstanın cümhuriyyətinin paytaxtı Kazanda keçirildi. Bu iclas İslam dünyası və Rusiya arasında keçirilən iqtisadi toplantıların ən əhəmiyyətlisi hesab edilir.   

http://iqna.ir/fa/news/3713171

captcha