IQNA

Tehran sərgisində Əfqanıstan hücrəsi

13:19 - May 30, 2018
Xəbər sayı: 3483243
İran İslam Respublikasının 26-cı beynəlxalq Qurani-Kərim sərgisi paytaxt Tehranın "İmam Xomeyni (r.ə) müsəllasında keçirilir və bu sərginin beynəlxalq şöbəsi May ayının 27-də öz işinə başlayıb.

Tehran sərgisində Əfqanıstan hücrəsiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının 26-cı beynəlxalq Qurani-Kərim sərgisi paytaxt Tehranın "İmam Xomeyni (r.ə) müsəllasında keçirilir və bu sərginin beynəlxalq şöbəsi May ayının 27-də öz işinə başlayıb.

Sərginin beynəlxalq hissəsində hücrə açan ölkələrdən biri də Əfqanıstan İslam cümhuriyyətidir. Əfqanlar bu sərgidə camaat imamları və qarilərinin Quran fəaliyyətləri, istifadə etdikləri ənənəvi əl sənayesi, incəsənət əsərləri və Quran nüsxələri ilə iştirak edir.

Əfqanıstan səfirliyinin həmkarlığı ilə sərgiyə qatılmış əfqanıstanlı Quran fəalları onlara məxsus hücrədə (otaq) Pakistan rəsmül-xətti ilə yazılmış Quran nüsxələri sərgiləyiblər.

Hücrənin divarları Əfqanıstanın Qurani-Kərim hüsnxətt ustalarının, o cümlədən ustad Mirazyinin əsərləri ilə bəzədilib. Əfqanıstan xalq adətlərinin əks etdirən ənənəvi üsul ilə bəzədilmiş hücrədə Quran sahəsində əl sənayesinin nümunələri də nümayiş olunur.

Bunadan əlavə bu hücrədə əfqanların əl ilə tikilmiş xalq geyimləri, papaqlar və camaat imamlarının geyimləri də müşahidə olunur.

Əfqanların sərgi bölməsində uşaqlar üçün iftar süfrəsi, əl ilə rəsm çəkmək üçün yazı ləvazimatı, uşaqlar üçün Quran və kitablar da vardır. Bu hücrədə əylənən uşaqlara hədiyyələr də verilir.

http://iqna.ir/fa/news/3718800

اولین حضور افغانستان در نمایشگاه بین المللی قرآن

اولین حضور افغانستان در نمایشگاه بین المللی قرآن

فردا چهارشنبه//حضور افغانستان در نمایشگاه بین المللی قرآن/ ادیت شده

captcha