IQNA

Bakıda Əhli-beyt (ə) şairlərinin iştirakı ilə şeir gecəsi keçirilib

12:40 - June 02, 2018
Xəbər sayı: 3483254
Həzrəti Əlinin(ə) zərbətlənməsinin ildönümü münasibətilə keçirilən tədbirdə Əhli-beyt (ə) şairləri, məddahlar və bir qrup ədəbiyyat və mədəniyyət xadimi iştirak edib.

Bakıda Əhli-beyt (ə) şairlərinin iştirakı ilə şeir gecəsi keçirilibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, müttəqilərin əmiri, övliyaların rəhbəri Həzrəti Əlinin(ə) zərbətlənməsinin ildönümü münasibətilə keçirilən tədbirdə Əhli-beyt (ə) şairləri, məddahlar və bir qrup ədəbiyyat və mədəniyyət xadimi iştirak edib. 

Mərasimdə şairlər öz mövlaları olan Həzrət Əliyə (ə) olan sevgilərini şeir dili ilə bəyan edib. Həmçinin Əhli-beyt (ə) məddahları Həzrət Əlinin (ə) şənində mədihələr səsləndiriblər. 

İran İslam Respublikasının səfirliyinin Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirlən mərasimdə çıxış edənlər Həzrət Əlinin (ə) fəzilətlərindən və şairlərin Əhli-beyt (ə) məktəbinin yayılmasındakı rolundan danışıb. 

Əhli-beyt (ə) haqqında şeirlər yazan  gənc şairlərin mərasimdə iştirakı  bu mənəvi  tədbirə özünəməxsus ab-hava bəxş edib.

Qeyd edək ki, Ramazan ayının 18-dən 19-a keçən gecə müttəqilərin əmiri, övliyaların rəhbəri Həzrəti Əlinin(ə) zərbətləndiyi gecədir. Bu hadisədən sonra İmam (ə) 3 gün yaşadı və Ramazan ayının 21-də şəhid oldu. / maide.az

Teqlər: iqna ، bakı ، əhya ، şer gecəsi ، iran ، ramazan
captcha