IQNA

Livanda "Ruhullah və Qüdsün azadlığı" şer gecəsi

12:01 - June 03, 2018
Xəbər sayı: 3483262
Livanın universitetlərinin mədəniyyət və incəsənət adamlarının iştirakı ilə keçirilən şer gecəsi İran İslam Respublikasının bu ölkədəki Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə təşkil edilib.

Livanda İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livanda "Ruhullah və Qüdsün azadlığı" adlı şer gecəsi keçirilib.

Livanın universitetlərinin və elm ocaqlarının mədəniyyət və incəsənət adamlarının iştirakı ilə Zühlə şəhərində keçirilən şer gecəsi İran İslam Respublikasının bu ölkədəki Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə təşkil edilib.

İran İslam Respublikasının "İslami əlaqələr və mədəniyyət təşkilatı"nın informasiya şöbəsinin verdiyi məlumata əsasən, bu mərasimdə İİR-nın Livandakı Mədəni Əlaqələr İdarəsinin məsulu Məhəmmədmehdi Şəriətmədari, Livanın "Universitet Mədəniyyət Forumu"nun prezidenti Əli Zeytun və altımışdan çox şer, ədəbiyyat, mədəniyyət və incəsənət adamı iştirak ediblər.

Livanın milli universitetinin fəlsəfə ustadı bu mərasimdə çıxış edərək Həzrət İmam Xomeyninin (r.ə) dahi şəxsiyyəti barədə danışıb və Qüds günü və Fələstin xalqının müdafiəsinin onun ən əhəmiyyətli irsi hesab edib.

Mərasimdə xristiyan şairləri Corc Şukuh, Antovan Səadə, Rimun Qissis və Corc Zəki Hac, həmçinin Livan parlament nümayəndəsi İhab Həmadə və Müsəlman Alimlər Birliyinin icraçı katibi İbrahim Büreydi Qüds günü və İmam Xomeyni (r.ə) barədə yazdıqları şerlərini qiraət ediblər.  

http://iqna.ir/fa/news/3720039

Teqlər: iqna ، livan ، şer gecəsi ، iran ، qüds günü
captcha