IQNA

Rusiyada RAMAZAN çadırı quruldu – Foto

12:27 - June 03, 2018
Xəbər sayı: 3483263
Rusiya müsəlmanlarının ənənəvi "Ramazan çadırı" mərasimi Pakluni təpələrinin yanındakı "Şəhidlərin xatirəsi məscidi"nin həyətində keçirilir.

Rusiyada RAMAZAN çadırı quruldu – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya müsəlmanlarının ənənəvi "Ramazan çadırı" mərasimi Pakluni təpələrinin yanındakı "Şəhidlərin xatirəsi məscidi"nin həyətində keçirilir.

İran İslam Respublikasının Rusiyadakı Mədəniyyət Əlaqələri İdarəsinin İQNA-ya verdiyi məlumata əsasən, "Ramazan çadırı" ayininin açılış mərasimində bir çox müsəlmanlar, məzhəbi və ictimai şəxsiyyətlər, ictimai fəallar və həmçinin dövlət orqanlarının rəsmiləri iştirak ediblər.

"Ramazan çadırı"nın açılış mərasimində çıxış edən Rusiya federasiyası müsəlmanlarının dini idarəsinin rəisi Şeyx Ravil Eynuddinov bu mərasimin keçirilməsi üçün şərait yaradanlara və həmçinin bu barədə həmkarlıq edən dövlət məsullarına təşəkkür edib.

Şeyx Ravil Eynuddinov çıxışında mübarək Ramazan ayının faydalarından danışaraq deyib: İslam cəmiyyəti bu ayda günahlarının bağışlanması və mənəvi yüksələşiləri üçün çalışmalıdırlar və özlərini dini baxımdan tərbiyə etməlidirlər.

"Ramazan çadırı" mərasimi mübarək Ramazan ayının sonunadək davam edəcəkdir. Bu mənəvi mərasimdə hər gecə bir şəhərin hansısa təşkilatı evsahibliyi edəcək və çadırda dini proqramlar icra ediləcəkdir.

Bu bir aylıq mərasimdə iştirakçılar müxtəlif proqramlar vasitəsi ilə öz dini hökmlərini və məzhəb prinsiplərini öyrənəcəklər.

Mərasimin keçirilməsində digər müsəlman ölkələrin nümayəndələri, o cümlədən İran İslam Respublikası da iştirak edir.   

http://iqna.ir/fa/news/3719814  

 

 

Teqlər: iqna ، rusiya ، iran ، ramazan ، ramazan çadırı
captcha