IQNA

Avstraliyada Qədr gecələri keçiriləcək

17:05 - June 03, 2018
Xəbər sayı: 3483267
Bu gecənin Qədr gecələrindən biri ehtimal olunması ilə yanaşı həm də İmam Əlinin (ə) xain düşmənlər tərəfindən zəhərli qılıncla başından zərbətlənərək terror edildiyi gecədir.

Avstraliyada Qədr gecələri keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gecə, əksər müsəlman ölkələrində olduğu kimi, müsəlmanlar yaşayan bəzi Avropa ölkələrində də müsəlmanlar Qərd gecəsi ayinlərini icra edəcəklər.

Bu gecə, həftəninin bazar günü, 3 İyun 2018-ci il (Ramazan ayının 18-dən 19-a keçən gecə), Avstraliyanın "Cəfəriyyə İslam Müəssisəsi"nin həmkarlığı ilə Adalayd şəhərində yaşayan müsəlmanlar mübarək Qədr gecələrinin birinci gecəsinin əhya mərasimini keçirəcəklər.

Bu gecənin Qədr gecələrindən biri ehtimal olunması ilə yanaşı həm də İmam Əlinin (ə) xain düşmənlər tərəfindən zəhərli qılıncla başından zərbətlənərək terror edildiyi gecədir.

Adalayd şəhərində yaşayan müsəlmanlar bu gecə namaz və iftardan sonra Quran və dualar oxuyacaqlar, əzadarlıq edəcəklər və "Quranın başa qoyulması ayini"ni yerinə yetirəcəklər.

Avstraliyanın Adalayd şəhərində yaşayan müsəlmanlar mübarək Qədr gecələrində (19, 21 və 23 Ramazan) əhya saxlayaraq ibadət edəcəklər və həm də İmam Əlinin (ə) şəhadətini mərasimlərini keçirəcəklər.

Bu mərasimlərdə Höccətul-İslam vəl-müslimin Qulaməli Heydəri və Höccətul-İslam vəl-müslimin İdris Həsən minbər edəcək və "Cövşən Kəbir" dualarını oxuyacaqlar.    

http://iqna.ir/fa/news/3720207

captcha