İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Latın Amerikası ölkələrinin məscidlərində və İslam mərkəzlərində Qurani-Kərimin İspan dilinə tərcüməsi paylanıldı.
Türkiyə cümhuriyyətinin "Dini İşlər Vəqfi Müəssisəsi" müsəlmanların müqəddəs kitabla ünsiyyətini çoxaltmaq hədəfi ilə başlatdığı "mənim hədiyyəm Qurandır" kampaniyasının davamında Qurani-Kərimin İspan dilinə tərcüməsini Latın Amerikaları ölkələrində, Quatmala, Elsalvadpr, Kolumbiya və s... payladı.
"Dini İşlər Vəqfi Müəssisəsi" sonrakı proqramlarında Latın Amerikasının Panama, Peru və Şili kimi ölkələrində də Qurani-Kərimin İspan dilində tərcüməsini paylamaq niyyətindədir.
Bu müəssisə keçən həftə ərzində Şri-Lankanın məscidlərində və İslami mərkəzlərində "Tamil" dilinə tərcümə edilmiş 5 min nüsxə Qurani-Kərim paylayıb.
Türkiyə cümhuriyyətinin "Dini İşlər Vəqfi Müəssisəsi" müsəlmanların müqəddəs kitabla ünsiyyətini çoxaltmaq hədəfi ilə başlatdığı "mənim hədiyyəm Qurandır" kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində məscid və İslam mərkəzlərinə 55 min nüsxə Qurani-Kərim paylayacağını bildirib. Dünyanın 17 ölkəsində paylanılması nəzərdə tutulmuş bu Quran nüsxələri 10 dilə tərcümə edilmişdir.