İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livanın İslam Müqaviməti Hərəkatının (HİZBULLAH) baş katibi Seyid Həsən Nəsrullah dünən, Cümə günü, 8 İyun 2018-ci il, İran İslam İnqilabının dahi rəhbəri mərhum İmam Xomeyninin (r.ə) ərminə əsasən, mübarək Ramazan ayının axırıncı Cümə günü keçirilən "Beynəlxalq Qüds Günü Yürüşü" mərasiminə qatılıb.
Livan və Fələstinin müştərək sərhədlərində yerləşən Marun-Rəs rayonunda Qüds günü münasibəti ilə çıxış edən Seyid Həsən Nəsrullah Qüdsü və müsəlman və xristiyanların müştərək müqəddəslərini İsrail ilə mübarizənin cövhəri adlandıraraq dedi: Beynəlxalq Qüds günü dünya millətlərinin Fələstin məsələsi ilə həmrəyliyi üçün münasib fürsətdir.
Livanın İslam Müqaviməti Hərəkatının (HİZBULLAH) baş katibi Seyid Həsən Nəsrullah dedi: Bu gün, mübarək Ramazan ayının axırıncı Cümə gününün Həzrət İmam Xomeyni (r.ə) tərəfindən "Beynəlxalq Qüds Günü" elan olunması münasibəti ilə toplaşmışıq. Bunun mənası budur ki, bu gün dini, ibadi, insani, fikri və cihadi dəyərlərə malik bir gündür.
O, Fələstində, Əqsa məscidinin ətrafında, Qəzza zolağında, İraq, Pakistan, Bəhreyn, Yəmən və digər ölkələrdə və xüsusi ilə də İran İslam Respublikasının 900 şəhərində Qüds günü yürüşlərinin izdihamla keçirilməsinə işarə edərək dedi: İslam düşmənlərinin regionda tam gücləri ilə çalışmalarına baxmayaraq bu günki izdiham göstədi ki, Qüds günü genişlənməkdə və güclənməkdədir.
İslam Müqaviməti Hərəkatının (HİZBULLAH) baş katibi vurğuladı: İmam Xomeyninin (r.ə) mübarək Ramazan ayının son Cüməsini Qüds günü adlandırmasının hədəfi bu idi ki, Fələstin məsələsi və Beytül-Müqəddəs İslam ümmətinin vicdanında həmişə ayaqda qalsın və bütün dünya millətləri bu məsələ ilə həmrəylik etsinlər.
O vurğuladı: Bu gün Qüdsün sakinləri bu şəhərin müqəddəs simvollarını müdafiə edirlər və digər ölkələrdəki müsəlmanların da vəzifəsi budur ki, Fələstinliləri dəstəkləsinlər.
http://iqna.ir/fa/news/3721071