IQNA

BMT Qəzza barədə fövqəladə iclas keçirəcək

15:15 - June 10, 2018
Xəbər sayı: 3483302
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası gələn həftənin üçüncü günü Ərəb ölkələrinin tələbinə əsasən, Qəzza hadisələrinin araşdırılması üçün fövqəladə iclas keçirəcək.

BMT Qəzza barədə fövqəladə iclas keçirəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası gələn həftənin üçüncü günü Ərəb ölkələrinin tələbinə əsasən, Qəzza hadisələrinin araşdırılması üçün fövqəladə iclas keçirəcək.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası rəisi Miroslav Laçak düyanın BMT-a üzv olan 193 ölkəyə bu barədə məktub göndərərək onları Qəzza və region hadisələrini araşdırmaq üçün keçiriləcək toplantıya dəvət edib.

Fələstin xalqının BMT-dəki daimi nümayəndəsi Riyaz Mənsur cari həftənin Cümə günü yürüşündə fələstinlilərin qətliam edilməsini məhkum edərək dedi: İƏT (İslami Həmkarlıq Təşkilatı) üzvləri və Ərəb ölkələri Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasından Fələstində sivil vətəndaşları dəstəkləyən qətnamə qəbul etməsini tələb ediblər. Bu məqsədlə gələn həftə fövqəladə iclas keçiriləcək və həmin iclasda İsrail hərbiçilərinin yüzlərlər fələstinlini öldürmələri barədə araşdırmaların başladılması üçün qətnamə qəbul ediləcək.  

http://iqna.ir/fa/news/3721120  

Teqlər: fələstin ، iqna ، bmt ، israil
captcha