İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misr diyarı 1882-ci ildən 1954-cü ilə qədər İngilislərin işğalı altında idi. İngilislər bu ölkəni 70 il işğalda saxladığı müddətdə istəyirdilər ki, Misrin sakinləri öz keçmişlərini unudaraq və dillərini dəyişərək tamamilə avropalaşsınlar və ya ən azı Ərəb dili bu ölkədə rəsmiliyini itirərək təkcə məhəllə dialekti həddində qalsın. Amma Ərəb dilini və qədim Misr mədəniyyətini bəzi amillər sıradan çıxarılmağa və unudulmağa qoymadı. Bu amillərdən ən mühümü qədim "Quran məktəbxanaları"nın aktiv fəaliyyəti idi.
Misrdəki ənənəvi və qədim Quran məktəbxanaları bu ölkədə üçün istedadlı insanlar tərbiyə edərək Ərəb dilini İngilis işğalıdan xilas etdi.
İslam dünyasında Quran məktəbxanalarının yaranması tarixi Əməvilər sülaləsinin hakimiyyəti zamanından başlamışdır. Həmin dövrlərdə Quran məktəbxanları təsis edildi ki, uşaqlara oxumaq, yazmaq, Quran, şer, Ərəb dili və ədəbiyyatı və hədislər öyrədilsin. Misr də həmin zamanlarda bu qaydadan müstəsna deyildi, bu fərqlə ki, Misrin məktəbxanalarının tarixi Fironlar zamanına qayıdır. Fironlar zamanında təsis edilən təlim mərkəzləri məbədlərin tərkib hissəsi idi. Bu məktəbxanalar qibtilərin qədim Rum ipmeriyasının sonlarına qədər öz fəaliyyətini davam etdirdi.
İslam hakimiyyətinin bu diyara gəlib çatması ilə məktəbxanalar da İslami rəngə boyandılar və bu məktəbxanaların təlim proqramı İslamiləşdi. Məscidlərin daxili otarlarından birində təşkil ediləm məktəbxanalarda şagirdlər müəllimin ətrafında dövrə vurub otururdular. Müəllimə isə "müəddib" (ədəbləndirən, tədibçi, mürəbbi) deyirdilər. Müəddiblərin zəhmət haqqısını uşaqların valideynləri yumurta, toyur, taxıl və s... kimi şeylərdən ödəyirdilər.
Qədim tarixə malik Misr məktəbxanaları 19-cu və 20-ci əsrlərdə Misr tarixində əhəmiyyətli rolu olan bir çox şəxsiyyətləri yetişdirmişdir. Onların arasında Misr Ədəbiyyatınınn Rifaə Təthtavi, Əhməd Şoqi, İbrahim Naci, Taha Hüseyn, Əhməd Şəfiq Kamal və Əbdürrəhman İbnudi kimi parlaq simaları vardır.
Səid Zəğlul və Məhəmməd Fərid kimi milli azadlıq hərəkatının mübarizləri də məktəbxanaların yetişdirmələri idilər.
Misrin Quran məktəbxanalarının İslam dünyasının Quran fəaliyyətləri sahəsində tanınmasının əsas səbəbi isə bu məktəbxanaların Əbdülbasit Əbdüssəməd, Mustafa İsmayıl, Əbuleyneyn Şüəyşə, Məhəmmər Rüfət və digər məşhur beynəlxalq qariləri yetişdirməsi olub.
Hazırda isə bu məktəbxanalar dövlət tərəfindən baxımsızlıq ucbatından öz rəngini itirib və digər tərəfdən isə müasir bağçaların çoxalması səbəbi ilə valideynlər uşaqlarını məktəbxanalara daha az göndərirlər.
http://iqna.ir/fa/news/3724969