IQNA

Qurani-Kərimdə əməkdaşlıq / 6

Cəmiyyətin təbii sərvətlərdəki haqqı – əməkdaşlığın əsas oxu

22:44 - October 29, 2025
Xəbər sayı: 3499117
İQNA - Mal-dövlətin əsl sahibinin Allah olduğu və Onun tərəfindən insana əmanət verildiyi kimi, təbii sərvətlər də cəmiyyətin bütün fərdlərinə məxsusdur. Çünki bu sərvətlər bütün insanlar üçün yaradılmışdır, müəyyən fərdlər və ya qruplar üçün deyil.

Qurani-Kərimdə buyurulur:

«وَالْأَرْضَ وَضَعَهَا لِلْأَنَامِ» – “Yeri insanlar üçün (yaşayış yeri kimi) qərar verdi” (Ər-Rəhman: 10).

Həmçinin buyurur:

«هُوَ الَّذِي خَلَقَ لَكُمْ مَا فِي الْأَرْضِ جَمِيعًا» – “O, yer üzündə olan hər şeyi sizin üçün yaratdı” (Bəqərə: 29).

Beləliklə, təbii sərvətlər – istər çıxarılmağa ehtiyacı olanlar, istərsə də birbaşa istifadəyə yararlı olanlar – mahiyyət etibarilə cəmiyyətin bütün üzvlərinin haqqıdır.

Hədislərdə də bəzi sərvətlər “ortaq və mübah” (hamıya açıq) nemətlər kimi qeyd olunmuşdur. Allah Rəsulunun (s) bir hədisində belə buyurulur:

“İnsanlar üç şeydə ortaqdırlar: suda, odda və otlaqda.”

Görünür ki, zəkatın dənli bitkilərə vacib olmasının hikmətlərindən biri də budur ki, bu bitkilər suya möhtacdırlar, su isə ümumi sərvətlərdəndir. Belə olduqda, bu ortaq nemətdən faydalanan istehsalçı, ondan istifadə etmək imkanına malik olmayanlara pay ayırmalıdır.

Bundan əlavə, Quranda varlıların mallarında kasıblar və ehtiyaclilar üçün müəyyən haqqın olduğu bildirilir:

«وَفِي أَمْوَالِهِمْ حَقٌّ لِلسَّائِلِ وَالْمَحْرُومِ» – “Onların mallarında məhrum və ehtiyacı olan üçün haqq vardır” (əz-Zariyat: 19).

Bəzi hədislərdə isə kasıbların varlıların malında “şərik” olduqları ifadə edilir. Məsələn, Əmirəlmöminin (ə) müsəlmanlara kasıb və ehtiyac içində olanları öz yaşayışlarında şərik etməyi əmr edir. Aydındır ki, şəriklikdə hər iki tərəf, qarşılıqlı razılıq və bir-birinin haqqını qorumaq şərti ilə, ortaq maldan istifadə edə bilər. “Şəriklik” ifadəsi bu prinsipi təsdiq edir ki, kasıblar varlıların malında (şərik kimi) hüquqa malikdirlər. Deməli, bir varlı öz malının bir hissəsini kasıba verdikdə, əslində onun haqqını, payını yerinə yetirir.

İslamın bu mövqeyi ictimai əməkdaşlığın dərinliyini və əsaslı mahiyyətini üzə çıxarır.

3495065

captcha