“İQNA” xəbər agentliyinin “əl-Əxbar”a istinadla verdiyi məlumata görə, Mavritaniya Quran Cəmiyyəti bu Quran nüsxələrinin ölkənin bir sıra məktəblərində, məscidlərində və təhsil müəssisələrində paylanmasına başlayıb.
Cəmiyyət bu kampaniyanın başlanması münasibətilə öz mərkəzi ofisində bir mərasim təşkil edib. Tədbirdə bir sıra tanınmış alimlər və qarilər iştirak ediblər.
Mərasimdə çıxış edən Mavritaniyanın İslam İşləri və Ənənəvi Təhsil Nazirliyinin İslam Maarifləndirilməsi İdarəsinin direktoru Məhəmməd əl-Əmin Uld Şeyxna, ölkədə, xüsusilə də Quran nüsxələrinin paylanması üçün lisenziya verilməzdən öncə onların yoxlanılması və düzəlişində mühüm rol oynayan Darülmüs’həfin yaradılmasından sonra, Quranın böyük ehtiyac duyulan bir nemət olduğunu vurğulayıb.
O, yüksək keyfiyyətli və kifayət qədər sayda Quran nüsxəsi təmin etdiyinə görə Mavritaniya Quran Cəmiyyətinin rolunu yüksək qiymətləndirib və bunun ölkədə Quran nüsxələrinin çatışmazlığını aradan qaldırdığını bildirib.
Daha sonra Darül-müshəf Mavritaniyanın rəhbəri Şeyx Sidi Əbdülqadir ət-Tufeyl Qurana olan diqqətin və Darülmüs’həfin bu sahədəki rolunun əhəmiyyətinə toxunaraq, bu qurumun Mavritaniya Quran Cəmiyyəti ilə əməkdaşlığını və cəmiyyətin Quranın yayılması və Quran mərkəzlərinin dəstəklənməsindəki fəaliyyətini yüksək qiymətləndirib.
Şeyxna Seyid əl-Hac, Mavritaniya Quran Cəmiyyətinin sədri, cəmiyyətin müxtəlif təbəqələr arasında Quran təlimi və yayılması sahəsində gördüyü işlərdən, Quran və Quran maarifini müxtəlif üsullarla yaymaq səylərindən, habelə məscidlərin və Quran mərkəzlərinin öz tədris, tərbiyə və irşad vəzifələrini yerinə yetirməsi istiqamətindəki fəaliyyətlərindən danışıb.
Seyid əl-Hac əlavə edib ki, bu, cəmiyyətin Quran nüsxələrinin geniş miqyasda paylanmasını ikinci dəfə həyata keçirməsidir; ilk paylama layihəsi isə 2023-cü ildə icra olunub.

4313339