“Əl-Cəzirə” (Qətər) telekanalının məlumatına görə, işğalçı İsrail ordusu atəşkəsi pozaraq ötən gecədən bu gün, çərşənbə səhərinədək Qəzzə zolağının müxtəlif bölgələrinə genişmiqyaslı və amansız hücumlar həyata keçirib.
Bu hücumlar zamanı fələstinli qaçqınların evləri və çadırları hədəfə alınıb. Nəticədə indiyədək 63 nəfər şəhid olub, onlarla insan isə yaralanıb.
Şəhidlərdən 24 nəfəri uşaqlardır.
Qəzzədəki “Əl-Avda” xəstəxanasından verilən məlumata görə, İsrailin Nəsirət düşərgəsindəki bir yaşayış evinə endirdiyi hava zərbəsi nəticəsində 8 nəfər, o cümlədən 4 uşaq şəhid olub.
Bundan başqa, Qəzzənin cənub-qərbində, “Tel əl-Həva” məhəlləsində yerləşən bir yaşayış evinə İsrailin hücumu nəticəsində bir ana və körpə qızı da şəhid olublar.
4313479