IQNA

Qırğızıstanda Qurani-Kərimin üçüncü milli müsabiqəsi keçiriləcək

11:42 - October 25, 2025
Xəbər sayı: 3499090
İQNA - Qırğızıstanda oğlan və qızlar üçün nəzərdə tutulmuş üçüncü milli Quran müsabiqəsi Səudiyyə Ərəbistanının İslam İşləri, Təbliğat və İrşad Nazirliyi və bu ölkənin Müsəlmanları Dini İdarəsinin birgə təşkilatçılığı ilə paytaxt Bişkek şəhərində keçiriləcək.

“İQNA”-nın Səudiyyə Ərəbistanının “əl-Mədinə” qəzetinin saytına istinadən verdiyi xəbərə gprə, Səudiyyə Ərəbistanının İslam İşləri Nazirliyi yaydığı mətbuat məlumatında Qurani-Kərimin üçüncü milli müsabiqəsinin oğlan və qızlar arasında 27–29 oktyabr 2025-ci il tarixlərində Bişkek şəhərində yerləşən “İmam Sərxsi” məscidində təşkil olunacağını açıqlayıb.

Bu Quran müsabiqəsi İslam İşləri, Təbliğat və İrşad naziri Əbdüllətif bin Əbdüləziz Əl-Əş-Şeyx-in nəzarəti ilə və nazirliyin beynəlxalq proqramları çərçivəsində həyata keçirilir. Tədbirin məqsədi Qurani-Kərimin qlobal mesajını yaymaqdır.

Bəyanatda qeyd olunub ki, bu yarışmanın keçirilməsində məqsəd müsəlmanların Allahın kitabı ilə əlaqəsini gücləndirmək, gənc nəsli Quranı əzbərləməyə təşviq etmək və onların Quran elmləri sahəsindəki biliklərini artırmaqdır.

Müsabiqənin ilkin mərhələsi 10 oktyabr tarixindən start götürüb və Qırğızıstanın yeddi vilayəti və iki şəhərini əhatə edib. Bu mərhələdə qadın və kişi olmaqla 300 Quran hafizi iştirak edib və onlardan 54 nəfər final mərhələsinə vəsiqə qazanıb.

Müsabiqənin final mərhələsi 27 və 28 oktyabr tarixlərində keçiriləcək və qaliblərin mükafatlandırılması üzrə bağlanış mərasimi 29 oktyabr 2025 tarixində baş tutacaq.

İştirakçılar Qurani-Kərimin tam hifzi, 15 cüz hifzi və 5 cüz hifzi olmaqla üç kateqoriyada və oğlanlar və qızlar olmaqla iki bölmədə yarışacaqlar.

Bu müsabiqənin ümumi mükafat fondu təqribən yarım milyon Səudiyyə rialı olaraq açıqlanıb.

4312530

captcha