
“İQNA”-nın “whoisimammahdi” veb-saytına istinadən verdiyi xəbərə görə, “Who Is Imam Mahdi” adlı beynəlxalq kampaniya fəaliyyətinə ilk dəfə 2024-cü il tarixində İraqda başlayıb və indiyədək dünyanın 10-dan çox ölkəsində ciddi şəkildə davam etdirilir.
Kampaniya oktyabrın 18-də Haaq şəhərində, Mərkəzi Kitabxananın qarşısında təşkil olunub.
Bu kampaniyanın şüarı: “İmam Mehdini (ə.f) düzgün tanıyaq və dünyaya düzgün təqdim edək” olmuşdur. Hərəkətin əsas məqsədi, bəşərin xilaskarını tanımaq modeli yaratmaq və zühurdan sonra bərqərar olacaq sülh və insanpərvərlik əsaslı həyatın dərk edilməsini təmin etməkdir.
Bu kampaniya öz hədəfinə uyğun olaraq üç əsas vəzifə müəyyənləşdirib:
Mərifət və tanıma üçün zəmin yaratmaq;
İştirak və xidmət üçün imkan yaratmaq;
Dünyanın məzlumlarını müdafiə etmək istiqamətində ictimai düşüncə hərəkatı formalaşdırmaq.
4311604