IQNA

Mumbayda 630 il tarixi olan əlyazma Quran nüsxəsi səgiyə çıxarıldı

19:08 - June 26, 2018
Xəbər sayı: 3483379
Hindistanın Maharashtra əyalətinin mərkəzi şəhəri Mumbayda müsəlman alimi "Məxdum Əli Mühəymi"yə məxsus qədim əlyazma Quran nüsxəsi ümumi sərgidə nümayiş olundu.

Mumbayda 630 il tarixi olan əlyazma Quran nüsxəsi səgiyə çıxarıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın Maharashtra əyalətinin mərkəzi şəhəri Mumbayda müsəlman alimi "Məxdum Əli Mühəymi"yə məxsus qədim əlyazma Quran nüsxəsi ümumi sərgidə nümayiş olundu.

İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin verdiyi məlumata əsasən, Həzrət Məxdum Əli Mühəyminin (1372-1431) türbəsi Mumbay şəhərində müxtəlif yerlərdən gələn minlərlə insanın ziyarətgahıdır.

Ona mənsub qədim və əlyazma Qurani-Kərim nüsxəsi hər ildə bir dəfə ümumi sərgiyə şıxarılır.

Həzrət Məxdum Əli Mühəyminin (1372-1431) türbəsi məsulu Sühəyl Xənduni bu barədə dedi: Bu əlyazma Quran nüsxəsi Həzrət Məxdum Əli Mühəymi tərəfindən kitabət edilib və hər il ümumi sərgiyə çıxarılır. Bu nüsxəni ziyarət etmək üçün ölkənin hər yerindən ziyarətçilər gəlir.

O əlavə etdi: Bu özəl əlyazma nüsxənin 630 il tarixi vardır. Nüsxənin haşiyəsində Fars dilində şərhlər vardır.

http://iqna.ir/fa/news/3725548

captcha