İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiyanın müdafiə nazirliyi bu gün səhər (27 İyun 2018-ci il) Rusiyanın "K52" növündən olan digər iki hərbi helekopterinin Suriyanın "əl-hüməymim" hərbi hava limanından geri döndüyünü xəbər verib.
Bu hərbi helekopterləri Rusiyanın "Ruslan yük təyyarəsi" Suriyanın "əl-hüməymim" hərbi hava limanından götürərək Rusiyanın hərbi hava limanına daşıyıb.
Bununla da cari həftədə Rusiyanın Suriyadan çıxarılan hərbi helekopterlərinin sayı 13-ə çatıb. Bundan əlavə Rusiyanın bir hərbi həkim tağımı da Suriyanı tərk edib.