İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, onlarla beynəlxalq və Ərəb ölkələri təşkilatları və həmçinin fələstinli hərəkat və birliklər sionistlərin əsirliyində olan fələstinli mübariz qadın Xalidə Cərrarın təcili azad edilməsini tələb ediblər.
Fələstinli əsirlərin müdafiəsi təşkilatı (Samidun) hazırladığı siyasi siyahıda 180-dan çox beynəlxalq təşkilatlar, siyasi partiyalar, Ərəb ölkələri təşkilatları və həmçinin fələstinli hərəkat və birliklərin imzası vardır. Bu təşkilat, birlik və partiyalar işğalçı sionist rejimi İsrailin əsirliyində olan fələstinli siyasi mübariz qadın Xalidə Cərrarın tez bir zamanda azadlığa buraxılmasını istəyiblər.
Fələstinli əsirlərin müdafiəsi təşkilatının (Samidun) beynəlxalq koordinatoru Şalot Kis vurğulayıb ki, biz fələstinlilərin həbs edilməsinin qarşısının alınmasını və əsirlikdə olaların, o cümlədən Xalidə Cərrarın tez bir zamanda azadlığa buraxılmasını tələb edirik. Və tez bir zamanda bu barədə hüquqi sənədləri beynəlxaq hüquq təşkilatlarına təqdim edəcəyik.
Qeyd edək ki, işğalçı sionist rejimi keçən ilin İyun ayının 8-də Xalidə Cərrarı həbs edib və indiyədək onun həbsini üç dəfə artırmışdır.