İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qurani-Kərimi Özbək dilinə ilk dəfə tərcümə edən Ənvər Tursunov 60 yaşında ikən dünyasını dəyişdi.
Ənvər Tursunov 1958-ci ildə Özbəkistanda anadan olmuşdur. 1981-ci ildə Daşkənt dövlət universitetinin Ədəbiyyat fakültəsini bitirmişdir. Özbəkistanın milli elmlər akademiyasının üzvü olmuş və uzun illər Özbəkistanın "cavanlar" jurnalında ədəbi redaktor vəzifəsində çalışmışdır.
Ənvər Tursunov 1994-cü ildə Özbəkistanın paytaxtı Taşkəntin "Yangibad" məscidinin xətibi seçilmişdir.
O, Özbəkistanın dini maarif sahəsində faəllarından olmuşdur. Özbək ədəbiyyatının məşhur simalarından olmaqla yanaşı müsəlmanları dini maariflə tanış etmək üçün də bir çox işlər görmüşdür.