IQNA

Buko-Haram terror hücumu ilə Nigeriyanın 10 əsgərini öldürdü

17:29 - July 02, 2018
Xəbər sayı: 3483409
Buko-Haram terrorist qruplaşması Nigeriyanın cənub-şərqində ölkənin silahlı qüvvələrinin hərbi qərargahına terror hücumu edərək ən azı on nəfər əsgəri öldürüblər və dörd nəfər əsgər itkin düşüb.

Buko-Haram terror hücumu ilə Nigeriyanın 10 əsgərini öldürdüİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Buko-Haram terrorist qruplaşması Nigeriyanın cənub-şərqində ölkənin silahlı qüvvələri əsgərlərinin hərbi qərargahına terror hücumu edərək ən azı on nəfər əsgəri öldürüblər və dörd nəfər əsgər itkin düşüb.

Nigeriyanın müdafiə nazirliyinin sözçüsü Əbdüləziz Turi bu barədə deyib: İlkin məlumatlara görə, Nigeriyanın cənub-şərq sərhədlərində baş verən terror hücumunda hərbi qüvvələrimizin on nəfər əsgəri terrorçular tərəfindən öldürülüb, üç nəfəri yaralanıb və digər dörd nəfəri isə itkin düşüb.

Qeyd edək ki, qərb təlim və təhsil sistemi ilə müxalif olduğunu elan edən Buko-Haram terrorist qruplaşması Nigeriyanın şimal-şərqində terror əməliyyatları həyata keçirir. Və çalışır ki, özlərinin dediyi və nəzərdə tutduqları "İslami təhsil sistemi"ni bütün ölkədə tətbiq etsin.

Buko-Haram terrorist qruplaşması Nigeriya, Kameron və Çad ölkələrində müxtəlif terrorlar törədərək günahsız insanları qətliam ediblər.

ABŞ və İngiltərənin hiyləgər planları əsasında İslama qarşı yaradılmış və İŞİD kimi İslam adına çıxış edən bu terrorist qruplaşma keçən səkkiz il ərzində 20 min nəfər günahsız insanı qətlə yetirib.

http://iqna.ir/fa/news/3726968  

Teqlər: iqna ، buko-haram ، nigeriya ، kameron ، çad
captcha