IQNA

Almaniyanın katolik ilahiyyatı universiteti İslami araşdırmalara başlayacaq

6:06 - July 04, 2018
Xəbər sayı: 3483417
Almaniyanın "ayeş eştat – ingulştat" katolik ilahiyyatı universiteti Orlangen-Nurenberg universitetinin İslami araşdırmalar fakültəsi ilə həmkarlıq edəcək.

Almaniyanın katolik ilahiyyatı universiteti İslami araşdırmalara başlayacaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın "ayeş eştat – ingulştat" katolik ilahiyyatı universiteti Orlangen-Nurenberg universitetinin İslami araşdırmalar fakültəsi ilə həmkarlıq edəcək.

Keçən həftənin Cüməaxşamı günü, 28 İyun 2018-ci il, iki universitetin elmi araşdırmalar mərkəzi arasında əldə edilən razılaşmaya əsasən katolik xristian fakültəsi İslami araşdırmaçılarla birlikdə müqayisəvi elmi araşdırmalar aparacaqlar.

İran İslam Respublikasının Almaniyadakı Mədəniyyət Əlaqələri İdarəsi bu xəbəri elan edərək bildirib ki, bu razılaşmaya əsasən Almaniyanın "ayeş eştat – ingulştat" katolik ilahiyyatı universiteti ilə Orlangen-Nurenberg universitetinin şərq fəlsəfəsi və İslami araşdırmalar fakültəsi İslam, xristinalıq və yəhudiliyin qarşılıqlı tanınması və nəzəri prinsinplərinin öyrənilməsi üçün həmkarlıq edəcəklər.

Məzhəbi elmi tədqiqatlar əsasında edilən bu həmkarlığın əsas hədəfi səmavi dinlərin müştərək dəyərləri üzərində tarixi mütaliələr etmək, müqayisələr aparmaq və dinlərin arasındakı fərqləri araşdırmaq və sonda isə bu vasitə ilə Almaniya cəmiyyətində məzhəbi və irqi qarşıdurmanın, zorakılığın və təəssübkeşliyin aradan qaldırılması və ictimai sülhün yaradılması yollarını tapmaqdır.         

http://iqna.ir/fa/news/3727354  

 

Teqlər: iqna ، İslam ، yəhudilik ، xristianlıq ، almaniya
captcha