IQNA

XƏBƏRDARLIQ: İŞİD cavanları internet vasitəsilə cəzb edir

9:08 - July 09, 2018
Xəbər sayı: 3483439
Milli təhlükəsizlik xidməti İŞİD terroristlərinin cavanları internet vasitəsilə terror əməliyyatlarının həyata keçirilməsi və terrorçu qruplaşmalara üzv kimi cəzb etməsi barədə xəbərdarlıq etdi.

XƏBƏRDARLIQ: İŞİD cavanları internet vasitəsilə cəzb edirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin milli təhlükəsizlik və müdafiə komitəsinin üzvü İŞİD terroristlərinin cavanları internet vasitəsilə terror əməliyyatlarının həyata keçirilməsi və terrorçu qruplaşmalara üzv kimi cəzb etməsi barədə xəbərdarlıq etdi.

Misrin milli təhlükəsizlik və müdafiə komitəsinin üzvü Əhməd Əvəzi internetdən terror hadisələrinin idarə edilməsi və terror planlarının həyata keçirilməsi üçün istifadə edildiyi barədə xəbərdarlıq edərək dedi: Terrorizmin həyata keçirilməsində yeniliklər baş verməkdədir. Hazırda terrorçular keçmişdəki metodlardan istifadə etməklə kifayətlənmirlər. Onlar öz hədəflərini həyata keçirmək üçün müasir texnologiyanın hər bir növündən istifadə edirlər.

O əlavə etdi: Terrorçu qruplaşmalar çalışırlar ki, internet və sosial şəbəkələr üzərindən cavanları terrora cəzb etsinlər, onları terror qruplaşmalarında üzvlüyə götürməklə bərabər, həm də terror planlarının həyata keçirilməsi üçün istifadə edirlər.  

Misrin milli təhlükəsizlik və müdafiə komitəsinin üzvü Əhməd Əvəzi vurğuladı: İŞİD terror təşkilatı sosial şəbəkələrdə və internetdə terror qruplarına özü qoşulana, dostları və ya ailəsindən bir nəfəri gətirənə 10 min dollar pul verir. Əgər terror təşkilatına qoşulanlar ali təhsil savadına malik olsalar, məsələn həkim və ya kamputer mütəxəssisi, bu zaman məbləği bir neçə dəfə artırırlar.  

http://iqna.ir/fa/news/3728578  

captcha