IQNA

12:57 - July 18, 2018
Xəbər sayı: 3483494
Cəvahir Ali- Sani "Həcc qətərlilər üçün bir tələdir" və "qətərlilərin bu il Həcc mərasiminə getməsinə yox deyirik" şüarları ilə qətərlilərin bu ilin Həcc mərasiminə getməsinə öz etirazını bildirib.

Qətərin kraliçası Həcci boykot etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qətər əmirinin həyat yoldaşı xanım Cəvahir Ali- Sani öz "tyuter" səhifəsində Həcc mərasimini boykot edən "haştağ" paylaşıb.

Qətər əmirinin həyat yoldaşı xanım Cəvahir Ali- Sani öz "tyuter" səhifəsində "Həcc qətərlilər üçün bir tələdir" və "qətərlilərin bu il Həcc mərasiminə getməsinə yox deyirik" şüarları ilə qətərlilərin bu ilin Həcc mərasiminə getməsinə öz etirazını bildirib.

Cəvahir Ali- Sani öz "tyuter" səhifəsində yazdı: "Əziz həmvətənlərim, bilin ki, Məkkə şəhəri Vatikan kimi müstəqil deyil, Suədiyyə Ərəbistanın əsiridir. Və Ərəbistan bu gün bizimlə düşmənçilik edir, ilin digər günlərində Qətər vətəndaşını ölkəsinə buraxmır və qətərliləri Ərəbistanın təhlükəsizliyi üçün təhdid hesab edir".

Qətər əmirinin həyat yoldaşı xanım Cəvahir Ali- Sani "tyurer" paylaşımı sosail şəbəkələrdə etirazlarla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri deyiblər ki, Cəvahir Ali-Sani dini təbliğçi və müfti deyil və bu barədə fikir bildirə bilməz.

Həmçinin sosial şəbəkələrin bəzi iştirakçıları səudiyyəlilərin qətərli zəvvarla qarşı qonaqpərvərliyini nümayiş etdirən videolar paylaşaraq elan ediblər ki, Ərəbistan qətərlilərə Həcc mərasimini qadağan etməyib.

Qeyd edək ki, Səudiyyə, BƏƏ, Bəhreyn və Misr Qətərlə diplomatik əlaqələrini zəiflədiblər. Səbəb kimi isə Duhenin Tehran ilə yaxınlaşmasını və "İxvanul-Müslimin" kimi partiyaları dəstəklədiyini göstəriblər.

http://iqna.ir/fa/news/3731236

Ad:
E-poçt:
* Comment:
* captcha: