IQNA

7:16 - July 25, 2018
Xəbər sayı: 3483533
İslam tarixində ilk dəfə maraqlı hadisə baş verib: bundan sonra evlənmə və boşanma məsələlərinə qadınlar baxacaqlar. Bu məqsədlə nikah və boşanma qeydiyyatı idarələrinə xanımlar başçılıq edəcəklər.

İslam dünyasında ilk dəfə qəribə hadisə baş verdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünyanın İslam tarixində ilk dəfə olaraq maraqlı hadisə baş verib: bundan sonra evlənmə və boşanma məsələlərinə qadınlar baxacaqlar. Bu məqsədlə nikah və boşanma qeydiyyatı idarələrinə xanımlar başçılıq edəcəklər.

Bu hadisə Mərakeşdə baş verib. Mərakeş dövləti 299 qadına nikah və talaq dəftərxanasına başçılıq etmək səlahiyyəti verib.

Ölkənin ali baş məhkəməsi bu fərmanı Mərakeş müftilərin bu barədə fətvasından sonra verib. Fərmana əsasən bundan sonra qadınlar da nikah və talaqın qeydiyyata alınması və icrası dəftərxanalarının rəisi işləyə biləcək və həmçinin belə bir dəftərxana təsis edə biləcəklər.

Bu məlumatda deyilir ki, ölkənin ali məhkəməsi tərəfindən keçirilən işə qəbul imtahanlarında iştirak edənlərin 40 faizi qadınlar olub. İmtahanda iştirak edən qadınların 38 faizi imtahandan uğurla çıxaraq şəhadətnamə ala biliblər.

Qeyd edək ki, İslam tarixi boyunca nikah və talaq kimi işlərin idari məsələlərinə kişilər başçılıq edib.   

http://iqna.ir/fa/news/3733110

Teqlər: nikah ، iqna ، talaq ، mərkaeş
Ad:
E-poçt:
* Comment:
* captcha: