IQNA

9:19 - July 28, 2018
Xəbər sayı: 3483551
"Həzrət Məhəmməd; Ərəbistan yarımadasının saleh rəhbəri" kitabı 2015-ci ildə Hindistanın "Yeni Dehli" şəhərinin "Atlantik" nəşriyyatı tərəfindən İngilis dilində 167 səhifədə çap və nəşr edildi.

İslam peyğəmbərinin (s) misilsiz hakimiyyətiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Həzrət Məhəmməd; Ərəbistan yarımadasının saleh rəhbəri" kitabı 2015-ci ildə Hindistanın "Yeni Dehli" şəhərinin "Atlantik" nəşriyyatı tərəfindən İngilis dilində 167 səhifədə çap və nəşr edildi.

İngilscə adı "Exalted Ruler of Arabian Peninsula" olan bu kitabın müəllifi hindistanlı professor və Hindistanın Agra əyalətinin məşhur "Dr. Bhim Rao Ambedkar" universitetinin keçmiş ustadı Həbib Rəhmandır.

Professor Həbib Rəhman Hindistanın "Aliqar" İslam universiteti və Kanadanın "Qərbi Antaryo" universitetinin məzunudur. O, "Dr. Bhim Rao Ambedkar" universiteti tədris etmiş, həmçinin bir müddət bu universitetin rəisi vəzifəsində işləmişdir. Bundan əlavə hazırda "fəxri xəzinədarı" işlədiyi Aliqar İslam universitetinn də "İslami İqtisad fakültəsi"nin rəisi işləmişdir. O, öz əsas ixtisası olan iqtisadiyyat mövzusundan əlavə İslami mövzularda da bir çox əsərlər çap və nəşr etmişdir.

İran İslam Respublikasının Yeni Dehlidəki Mədəniyyət Əlaqələri İdarəsinin məsulu bu kitab ("Həzrət Məhəmməd; Ərəbistan yarımadasının saleh rəhbəri") barədə yazır: Bu əsər İslam Peyğəmbərini (s) misilsiz bir rəhbər və hakimiyyət başçısı olaraq tanıtdırmaq üçün atılmış bir addımdır. Çünki İslam Peyğəmbərinin (s) şəxsiyyətini cəmiyyətə və dünyaya hakimiyyət baxımından misilsiz və özünməxsus bir fərd olduğunu tanıtmaq üçün digər dillərdə kifayət qədər məlumat yoxdur. O Həzrətin (s) təkcə məhdud bir regiondan hakimiyyət etməsinə baxmayaraq elə bir hakimiyyət və hakim nümunəsi qoyub gedib ki, onun bənzərini heç kim tarixdə göstərə bilməyib.

http://iqna.ir/fa/news/3733760

 Ø¢Ù…اده//پیامبر(ص) از نگاه پروفسور هندی

Ad:
E-poçt:
* Comment:
* captcha: