IQNA

İŞİD-in yeni yuvası: Liviya məscidləri

9:45 - July 28, 2018
Xəbər sayı: 3483553
Misrin "Darul-İfta"sının "təkfirçilərin fətvalarına nəzarət şurası" son hesabatında elan edib ki, İŞİD terrorçuları Liviya məscidlərini öz qərargahlarına çeviriblər.

İŞİD-in yeni yuvası: Liviya məscidləriİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin "Darul-İfta"sının "təkfirçilərin fətvalarına nəzarət şurası" son hesabatında elan edib ki, İŞİD terrorçuları Liviya məscidlərini öz qərargahlarına çeviriblər.

Hesabatda deyilir ki, İŞİD terror təşkilatının təbliğatçıları bu məscidlərdə nüfuz edərək, uşaqlara Quran təlimi adı ilə onların beyinlərini yuyur və onları terror əməliyyatları üçün hazırlayırlar.

Bundan əlavə İŞİD-in təbliğçi ünsürləri fikri və elmi baxımdan zəif olan insanları aldadaraq İŞİD sıralarına cəlb edirlər. Onların məqsədi bu adamlardan yeni döyüşçü dəstələr düzəldərək Suriyaya yollamaqdır.

Misrin "Darul-İfta"sının "təkfirçilərin fətvalarına nəzarət şurası" bu hesabatda vurğulayır ki, İŞİD İraq və Suriyada məğlub olduqdan sonra Liviya məscidlərini ələ alaraq bu məscidlərdən öz məqsədləri üçün sui-istifadə edir. İŞİD bu məscidlər vasitəsi ilə həm öz nüfuzuni Liviyanın daxilində çoxaldır və həmçinin sıralarına yeni üzvlər toplayırlar. Buna görə də ən tez zamanda məscidlər Liviya dövləti tərəfindən ciddi nəzarətə götürülməli və cəmiyyət İŞİD təhlükəsi barədə məlumatlandırılmalıdır.   

http://iqna.ir/fa/news/3733729   

Teqlər: iqna ، İŞİd ، liviya
captcha