İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Milli Quran Hifzi Layihəsinin icrası yönündə Quran tərbiyəçiləri və şagirdlərinin işinin asanlaşdırılması məqsədi ilə Qurani-Kərimin hifzi dərsliyi Quranın uzunmüddətli hifzi proqramı əsasında çap və nəşr edilir.
İran İslam Respublikasının Milli Quran Hifzi Layihəsinin 1397-ci ildə (2018-2019) icrası üçün Qurani-Kərimin 30-cu cüzünün hifzi nəzərdə tutulmuşdur.
Buna görə də bütün təlim və təhsil mərkəzlərinin Quran təlimi üzrə idarələri proqramlarının Qurani-Kərimin 30-cu cüzünün hifzi üzrə tənzimləməlidirlər. Bu məqsədlə yay mövsümü hazırlıq dərsləri üçün Qurani-Kərimin Zilzal surəsindən Nas surəsinə qədər hifzi dərsliyi çap və nəşr edilmişdir.
Quranın Tariq surəsindən Bəyyinə surəsinədək Payız mövsümü və Nəbə surəsindən Bruc surəsindək surələrin hifzi Qış mövsümü proqramlarına yerləşdirilməsi nəzərdə tutulmuşdur.
Bu dərsliklərdə Qurani-Kərimin surələrin hifzi, ayələrin ümumi mənası və kəlimlərin tərcüməsi də öyrədilir.
Qurani-Kərim Zilzal surəsindən Nas surəsindək hifz dərsliyini qarşıdakı keçiddən endirə bilərsiniz: ENDİR (PDF)