IQNA

Suriya Suriyada neftçıxarma əməliyyatına başladı

23:34 - July 30, 2018
Xəbər sayı: 3483565
Suriya rəsmiləri və Rusiyanın enerji nazirliyi cari ilin Yanvar ayında Suriyanın neft yataqlarından neftin ixracı üçün razılığa gəlmişdilər.

Suriya Suriyada neftçıxarma əməliyyatına başladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya neft şirkətləri Suriyada neft yataqlarının axtarışına başladılar.

Suriyada müharibə başlamamışdan öncə hər gün 380 min barel (çəllək) neft çıxarılırdısa, bu hesab 2017-ci ildə hər gün 10 min barel neft həddinə düşmüşdü.

Rusiyanın neft şirkətlərinin Suriyada neft yataqlarının axtarışı və neft çıxarışına başlması gələcəkdə Suriya neftinin istixracının çoxalmasına səbəb olacaqdır.

Suriya rəsmiləri və Rusiyanın enerji nazirliyi cari ilin Yanvar ayında neft yataqlarından neftin ixracı üçün razılığa gəlmişdilər.

Rusiya-Suriya və həmçinin Suriya və Kürd Xalq Müdafiəsi Batalyonlarının razılaşmasından sonra Suriyanın gündəlik neft istehsalı Həsəkə əyalətində artmışdır.  

Razılaşmaya görə, Kürd Xalq Müdafiəsi Batalyonları ixrac edilən hər 100 barel xam neftin qarşılığında 75 barel benzin alır.  

http://iqna.ir/fa/news/3734701

Teqlər: iqna ، neft ، suriya ، rusiya
captcha