IQNA

Əlcəzayirin Vəqflər naziri bu Quran nüsxəsini geri topladı

1:20 - August 04, 2018
Xəbər sayı: 3483585
Əlcəzayirin Vəqflər naziri bir Quran nüsxəsindəki çap səhvinə görə, həmin nüsxənin kitab bazarı, məscid, kitabxanalar və Quran müəsissələrindən geri toplanılması barədə rəsmi şəkildə göstəriş verdi.

Əlcəzayirin Vəqflər naziri bu Quran nüsxəsini geri topladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə əsasən, Əlcəzayirin Vəqflər nazirliyi bir Quran nüsxəsindəki çap səhvinə görə, həmin nüsxənin kitab bazarı, məscidlər, kitabxanalar və Quran müəsissələrindən geri toplanılması barədə rəsmi şəkildə göstəriş verdi.

Əlcəzayirin Vəqflər nazirliyinin bəyaniyyəsində yazılmışdır ki, "Müshəful-Haziqis-Səğir" adlanan Qurani-Kərim nüsxəsi "İbnul-Həfsi" nəşriyyatı tərəfindən çap və nəşr edilmişdir. Bu Quran nüsxəsinin çapı lisenziyası Əlcəzayir Vəqflər Nazirliyinin əmrinə əsasən dayandırılır və aidiyyatı üzrə bütün orqanlardan tələb edilir ki, bu nüsxənin yayılmasının qarşısını almaq üçün lazım olan tədbirləri görsünlər.

Qeyd edək ki, Əlcəzayirin məscidlərinin xətibləri, camaat imamları və Quran müəllimləri bu çapda onlarla çap səhvinin olduğunu elan ediblər.

http://iqna.ir/fa/news/3735454

Teqlər: quran ، iqna ، çap səhvi
captcha