IQNA

Livanlı alimin təfsiri Şeyxul-Əzhərin müqəddiməsi ilə çap edildi

21:29 - August 04, 2018
Xəbər sayı: 3483592
Livanlı alim Şeyx Əhməd Məhəmməd Qeysin "Əl-Mötələf vəl-Müxtələf fit-təfsir" adlı təfsir kitabı Misrin əl-Əzhər İslam Mərkəzinin şeyxinin müqəddisməsi və giriş sözü ilə çap və nəşr edilib.

Livanlı alimin təfsiri Şeyxul-Əzhərin müqəddiməsi ilə çap edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livanın din alimi, ilahiyyatçı araşdırmaçı, ruhani, Quran təfsirçisi və Livan alimləri toplantısının üzvü Şeyx Əhməd Məhəmməd Qeysin "Əl-Mötələf vəl-Müxtələf fit-təfsir" adlı təfsir kitabı Misrin əl-Əzhər İslam Mərkəzinin şeyxinin müqəddisməsi və giriş sözü ilə çap və nəşr edilib.

Livanın din alimi, ilahiyyatçı araşdırmaçı, ruhani, Quran təfsirçisi və Livan alimləri toplantısının üzvü Şeyx Əhməd Məhəmməd Qeysin müxtəlif kitabları vardır və bunlar bir neçəsi əl-Əzhərin şeyxi Əhməd Təyyibin giriş sözü ilə nəşr edilmişdir.

Şeyx Əhməd Məhəmməd Qeysin mühüm əsərlərindən biri də dörd cildlik "Əl-Mötələf vəl-Müxtələf fit-təfsir" adlı əsəridir ki, Quranın təfsirinə aiddir və Quran təfsirində sünni və şiə məzhəbinin alimləri arasında olan əsas müştərək və fərqli fikirləri araşdırmışdır.

Bu təfsir kitabı Əl-Əzhərin şeyxi Əhməd Təyyibin giriş sözü ilə Livanın "Darul-Milak" nəşriyyatı tərəfindən çap və nəşr edilib. İndilik kitabın təkcə birinci kitabı çap edilib, amma bu təfsirin yazılması layihəsi müqayisəli şəkildə davam edəcəkdir. Kitabın yazılmasında beş əhli-sünnə və beş şiə təfsir kitabında istifadə edilir.

Livanın din alimi, ilahiyyatçı araşdırmaçı, ruhani, Quran təfsirçisi və Livan alimləri toplantısının üzvü Şeyx Əhməd Məhəmməd Qeysin digər əsərlərindən "Misr və Əhli-Beyt (ə)", "İslam və Xristianlığın elmi irsinda nurlu nöqtələr", "Əllamə Təbatəbainin fikri və fəlsəfi görüşləri", "Quran, sünnət və ağıl baxımından təvəssül", "Yol azuqəsi", "Təkfirçilik barədə İslam alimlərinin rəyləri", "Nəsirəddin Tusinin həyatı, siyasi və fəlsəfi baxışları", "Vahid Allah və yalançı insan", "Din ürfdür, yoxsa, başqa şey" kitablarını göstərmək olar.

http://iqna.ir/fa/news/3735778

Teqlər: iqna ، təfsir ، livan ، misr
captcha