IQNA

Ərəbistan qırıcılarının Yəmənə hücumları davam edir

13:11 - August 05, 2018
Xəbər sayı: 3483598
Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın qırıcı təyyarələri Yəmənin Əl-Hüdəydə və Sədə vilayətlərini bombalayıblar.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla verdiyi xəbərə görə, məlumata görə, Ərəbistan qırıcıları şənbə günü Əl-Hüdəydə şəhərinin Əl-Fəqih qəsəbəsində yerləşən Əl-Laviyə məhəlləsini ardıcıl olaraq iki dəfə bombalayıblar. 

Yəmənin Sədə vilayətində də Kətaf və Zahir qəsəbələri təcavüzkar koalisiyanın hücumlarına məruz qalıb. 

Yəmən ordusu və xalq qüvvələri də Ərəbistanın təcavüzləri və cinayətlərinə cavab olaraq Ərəbistanın cənubunda, Nəcran məntəqəsində yerləşən Südəys hərbi bazasını hədəfə alaraq, bir qrup səudiyyə muzdlusunu öldürüblər. 

Həmçinin, yəmənli fəallar və aktivistlər şənbə günü gecə Ərəbistanın başçılıq etdiyi koalisiyaya məxsus bir ədəd "Apaçi" tipli hərbi helikopterin Əl-Hüdəydə limanında vurulmasından xəbər veriblər. 

Teqlər: ərəbistan ، iqna ، quran ، yəmən
captcha