İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Samerra şəhərində ilk dəfə olaraq "Əskəri imamları (ə) Milli Quran Hifzi Layihəsi" öz işinə başlayıb.
Samerra şəhərinin İmam Hadi və İmam Əskəri (ə) hərəmində keçirilən bu layihədə İraqın müxtəlif əyalət və şəhərlərindən gələn və müxtəlif yaşlarda olan 100 nəfər iştirak edir.
Quran öyrənənlər bu layihə çərçivəsində müxtəlif proqramar əsasından Quranın təcvidini öyrənəcək, müxtəlif dini proqramlarla məşğul olacaq və Quran ustadlarının hüzurunda Quranın hifzi metodları ilə tanış olacaqlar və həmçinin Quranı hifz edəcəklər.
Qeyd edək ki, Samerrada ilk dəfə keçirilən bu layihə iki ay davam edəcəkdir. Quran öyrənənlər bu müddət ərzində hər gün səhər hərəmi ziyarət edəcəklər, hərəmdə namazlarını camaatla qılacaqlar. Onlara gündə üç dəfə yermək veriləcək və istirahət üçün müxtəlif səfərlərə aparılacaqlar.