IQNA

Məscidlərdə nikah mərasiminin keçirilməsi qadağan edildi

6:59 - August 08, 2018
Xəbər sayı: 3483619
Yəmənin Ədən əyalətinin Vəqflər Nazirliyi bu əyalətin məscidlərində nikah mərasiminin keçirilməsi və "əqd" (kəbin) oxunmasını qadağan elan etdi.

Məscidlərdə nikah mərasiminin keçirilməsi qadağan edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin Ədən əyalətinin Vəqflər Nazirliyi bu əyalətin məscidlərində nikah mərasiminin keçirilməsi və "əqd" (kəbin) oxunmasını qadağan elan etdi.

Yəmənin Ədən əyalətinin Vəqflər Nazirliyinin rəsmi şəkildə elan etdiyi bu hökmdə deyilir ki, Yəmənin paytaxtı Ədən şəhərinin bütün məscidlərində məscidlərin hörmət və ehtiramının daha çox qorunması üçün nikah mərasimi və "əqd" məclislərinin məscidlərdə keçirilməsi qadağan edilir.

Vəqflər Nazirliyinin elan etdiyi hökmdə deyilir ki, bir çox insanlar evliliklərinin ilk gününü mübarək və müqəddəs məkanda keçirmək niyyəti ilə kəbinlərinin məscidlərdə oxunmasını istəyirlər. Amma son illərdə müşahidə etmişik ki, nikah mərasimi keçirilən zaman məscidlərə bu müqəddəs məkanın şəninə və hörmətinə layiq olmayan hərəkətlər edilir. Nikah mərasiminə toplaşanlar müxtəlif şəkillər çəkdirir, səs-küy yaradır, atəşfəşanlıq edir və haray çəkirlər. Buan görə də bütün məscidlərdə nikha mərasimi keçirilməsi qadağan edilir.   

http://iqna.ir/fa/news/3736837

Teqlər: iqna ، məscid ، nikah ، əqd
captcha