İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nigeriya müsəlmanları hansı məzhəbdən, siyasi və mədəni cərəyandan olmalarına baxmayaraq Əhli-Beytdən (ə) olan imamların qəbirlərinin ziyarətinə xüsusi əhəmiyyət verirlər və bu mənəvi işi Həccin qəbulu və kamal şərtlərindən biri hesab edirlər.
Bunu İQNA ilə müsahibəsində Nigeriyanın "Rəsuli-Əəzəm (s)2 müəssisəsinin baş katibi və Kanu şəhərinin "Baqirul-ulum (ə) dini elmi hövzəsi"nin məsulu Şeyx Saleh Məhəmməd Sani deyib.
O vurğulayıb: Nigeriya müsəlmanları Həcc mərasimlərinə xüsusi əhəmiyyət və önəm verir. Həcc əmri vacib olmuş hər kəs bu mənəvi fərizəni yerinə yetirməyə tələsir. Nigeriyalı müsəlmanların hər birinin arzusu ömürlərindən heç olmazsa, bir dəfə də olsa, vəhy diyarını, Allah evini və Peyğəmbərin (s) məscidini ziyarət etməkdir.
O əlavə etdi: Nigeriyalı müsəlmanlar Həcc səfərində mütləq Peyğəmbərin (s) və Bəqidə dəfn edilən Əhli-Beyt (ə) imamlarını ziyarət edirlər. Onlar imamları ziyarət etməyi özlərinə iftixar sayır və bunu Həccin kamal şərti hesab edirlər.
http://iqna.ir/fa/news/3735998