IQNA

22:56 - August 11, 2018
Xəbər sayı: 3483642

Küveytədə illik DUA toplantısı

Həcc mərasimi və Zil-Hiccə ayının yaxınlaşması münasibəti ilə həftənin Cümə günü "Cövşən Səğir" duası ilə başlayan bu mərasim Küveytənin "Əbu Turab Mədəniyyət Təşkilatı"nın həmkarlığı ilə keçirilir.

Küveytədə illik DUA toplantısı

Küveytədə illik DUA toplantısıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın Küveytə şəhərinin Ələmdar xiyabında yerləşən "Behişti-Zeynəbiyyə" kompleksində illik DUA toplantısı öz işinə başlayıb.

Həcc mərasimi günləri və Zil-Hiccə ayının yaxınlaşması münasibəti ilə həftənin Cümə günü, 10 Avqust 2018-ci il, "Cövşən Səğir" (kiçik cövşən) duası ilə başlayan bu mərasim Küveytənin "Əbu Turab Mədəniyyət Təşkilatı"nın həmkarlığı ilə keçirilir.

İllik DUA mərasimi gələn həftənin Cümə günü, 17 Avqust 2018-ci il, eyni məkanda "Cövşən Kəbir" (böyük cövşən) və Avqust ayının 21-də (9 Zil-Hiccə) ƏRƏFƏ duasının oxunması ilə davam edəcəkdir.

İmam Hüseyn (ə) Məkkədə Həcc əməllərini yarıda qoyaraq Kərbəla istiqamətinə yola düşür. Məkkənin 20 km-liyində yerləşən Ərəfat səhrasında oxuduğu dua ƏRƏFƏ duası adı ilə məşhurlaşır. Dünya və axirət məsələlərini ehtiva edən bu uzun dua şiələrin Ərəfə günü mühüm əməllərindən biri hesab edilir. Bütün şiələr, o cümlədən Küveytə şiələri bu duanı hər ilə Ərəfə günü əsr namazından sonra cəm və fərdi şəkildə oxuyurlar.      

http://iqna.ir/fa/news/3737569

Teqlər: iqna ، Ərəfə ، cövşən ، həcc
captcha