IQNA

Həcc mərasimində 86 min qutu yararsız qida məhv edilib

16:04 - August 22, 2018
Xəbər sayı: 3483711
Həcc mərasimi günlərində Səudiyyə Ərəbistanın müxtəlif şəhərlərində zəvvarla satılan antisanitariya, vaxtı keçmiş və xarab hazır qida qutuları və digər xörək məhsulları aşkarlanaraq məhv edilib.

Həcc mərasimində 86 min qutu yararsız qida məhv edilibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həcc mərasimi günlərində Səudiyyə Ərəbistanın müxtəlif şəhərlərində zəvvarla satılan antisanitariya, vaxtı keçmiş və xarab hazır qida qutuları və digər xörək məhsulları aşkarlanaraq məhv edilib.

Səudiyyə Ərəbistanın Ticarət və İnvestisiya Nazirliyi bu barədə məlumat yayaraq bildirib ki, bu nazirliyinin nəzarət qurupları Həcc mərasimi günlərində ticarət məkanları, restoran, hotellər və digər ictimai xidmət servislərində xidmətlərin keyfiyyətini yoxlamaq məqsədi ilə 5695 dəfə reyd keçiriblər.

Keçirilən reydlər əsasında 86149 hazır qida məhsullarının istifadəyə yayarsız olduğu aşkarlanıb və məhv edilib.

Hacılara istifadə üçün yararsız yemək və hazır qida qutuları təqdim edən 749 istehsalçı şirkət cərimələnib.

Məhsulların 47518 ədədi standart olmadığı, 29324 ədədi saxta olduğu və 8511 ədədi istifadə müddətinin qurtardığı və 796 min qida qutusu isə üzərində heç bir şirkətin ticarət nişanı olmadığı üçün məhv edilib.

http://iqna.ir/fa/news/3740678

 

captcha