İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "MCD" xəbər və informasiya portalıan istinadla verdiyi xəbərə görə, Çin dövləti bu ölkənin Singyang əyalətində yaşayan müsəlman Uyğur türklərinin xəbərlərini dünya mediyasında işıqlandıran amerikalı jurnalisti ölkədən çıxartdı.
Çinin xarici jurnalistlər klubunun bu barədə verdiyi açıqlamada deyilir ki, Çinin xarici işlər naziri "Bazfid xəbər portalı"nın ofis rəisinin oturum müddətini heç bir dəlil göstərmədən uzatmamış və ona ölkədən çıxmasını əmr etmişdir.
Bu barədə "Bazfid xəbər portalı"nın ofis rəisi Megha Raja Gopalan öz şəxsi tyuter səhifəsində də məlumat verib.
Məlumatda bildirilir ki, bu ameirkalı jurnalist Çin dövlətinin müsəlman Uyğur türklərinə qarşı təzyiqlərini geniş şəkildə mediada işıqlandırdığı üçün bu basqıya məruz qalmışdır.
Singyangda 12 milyin müsəlman Uyğur yaşayır. Onlar uzun illərdir ki, Çin dövləti tərəfindən şiddətli kontrol altında yaşayırlar.