İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qəzzənin keçidləri və sərhədləri şöbələrinin mərkəzi idarəsi dünən, həftənin şənbə günü, xəbər verib ki, hacıların qayıtması və vətəndaşların səfəri üçün Rəfəh keçid məntəqəsi açılacaqdır.
Qəzzənin keçidləri və sərhədləri şöbələrinin mərkəzi idarəsi dünən, həftənin şənbə günü, 25 Avqust 2018-ci il, bəyaniyyə yayaraq xəbər verib ki, Rəfəh keçid məntəqəsi 26 Avqust 2018-ci il tarixindən hacıların qayıtması və vətəndaşların Misrə və digər ölkələrə səfərə çıxması üçün açıq olacaqdır. Bu barədə Misr respublikasının rəsmiləri ilə razılıq əldə olunub.
Qeyd edək ki, Misr dövləti Rəfəh keçid məntəqəsinin Qurban bayramı günlərində altı gün arıdıcıl bağlamışdı.
Rəfəh keçid məntəqəsi Misr və Qəzzəni birləşdirən əsas əlaqə karidorudur. Bu keçid məntəqəsi 2013-cü ildən bağlanmışdır və təkcə istisna hallarda vətəndaşların keçidi üçün müvəqqəti şəkildə açılır.