İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın Məkkə şəhərinin "Məlik Xalid" adına beynəlxalq hava limanının təhlükəsizlik xidməti və kömrük işçiləri dünən, həftənin birinci günü, 27 Avqust 2018-ci il, 569 min 531 ədəd qaçaq keçirilmiş Fentanyl dərmanı kəşf ediblər.
Ümumi çəkisi 360 kq. olan bu dərmanları qaçaqçılar "bisküvit düzəldən maşın"ın qutusunda yerləşdirərək ölkəyə gətirmək istəyirmişlər.
Qeyd edək ki, Fentanyl cərrahiyyə otağında xəstələri bihuş etmək üçün istifadə edilir. Bu dərmanın uyuşdurucu tərkibi həm də ağrıları sakitləşdirir. Qaçaqçılar isə bu dərmanı narkotika aludələrinə satırlar.