IQNA

İslam incəsənəti festivalı keçiriləcək

7:18 - September 03, 2018
Xəbər sayı: 3483780
Cari ilin Dekabr ayının 31-i və gələn ilin Yanvar ayının 1-də BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) "əş-Şariqə" şəhərində 21-ci İslam İncəsənəti Festivalı keçiriləcəkdir.

İslam incəsənəti festivalı keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ilin Dekabr ayının 31-i və gələn ilin Yanvar ayının 1-də BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) "əş-Şariqə" şəhərində 21-ci İslam İncəsənəti Festivalı keçiriləcəkdir.

Cari ilin Dekabr ayının 31-i və 2019-cu ilin Yanvar ayının 1-də keçiriləcək İslami İncəsənət Festivalı üçün ixtisaslanmış komitə və təşkilatlar festivalın keçirilməsi üçün hazır vəziyyətdədirlər.

Bu festivalda fərdi və qrup halında təşkil edilmiş sərgilər, incəsənət atelyeləri olacaq və digər sənət proqramları nümayiş ediləcəkdir.

Qeyd edək ki, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) hər il təşkil etdiyi bu festival Ərəb dünyasının ilk incəsənət festivalıdır ki, indiyədək iyirmi dəfə keçirilmişdir.

http://iqna.ir/fa/news/3743494

captcha