IQNA

8:04 - September 03, 2018
Xəbər sayı: 3483782
İordaniya dövlətinin dini işlər idarəsinin yeni qanununa əsasən, məscid imamları və xətibləri Qurani-Kərim hafizi olmalı və ya ən azı Quranın yarısını əzbərdən bilməlidirlər.

Camaat imamları Quran hafizi olmalıdırlarİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İordaniya dövlətinin dini işlər idarəsinin yeni qanununa əsasən, məscid imamları və xətibləri Qurani-Kərim hafizi olmalı və ya ən azı Quranın yarısını əzbərdən bilməlidirlər.

Bu barədə İrodaniyanın "Mədinə News" qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, bundan sonra camaat imamlığı və məscid xətibliyi vəzifəsində işləmək istəyənlər üçün yeni şərt irəli sürülüb. Bu şərtə əsasən məscid imamları, moizə, təbliğ işi ilə məşğul olanlar və məscid xətibləri Qurani-Kərim hafizi olmalı və ya ən azı Quranın yarısını əzbərdən bilməlidirlər.

Bu qanunun icrası İordaniyanın rəsmi qəzetlərində yayıldığı andan qüvvəyə minib və bütün dini müəssisə və məscidlərin qanuna əməl etməsi lazımdır.

http://iqna.ir/fa/news/3743489  

Teqlər: Quran hifzi ، iqna ، xətib ، camaat imamı
Ad:
E-poçt:
* Comment:
* captcha: