IQNA

8:57 - September 13, 2018
Xəbər sayı: 3483847
Əlcəzayir silahlı qoşunları əl-Qaidə terror təşkilatının Afrikadakı qolunun başçısını tutmaq üçün genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

Əlcəzayir Afrikada əl-Qaidənin başçısını axtarırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “DMCA” informasiya portalına istinadla verdiyi xəbərə görə, Əlcəzayir silahlı qoşunları əl-Qaidənin Afrikadakı başçısını tutmaq üçün genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

Əlcəzayir qoşunları əl-Qaidə terror təşkilatının Afrikadakı rəhbəri Əbdülməlik Drukdalı və silahdaşlarını həbs etmək üçün Əlcəzayirinin paytaxtından 120 km. aralaıda yerləşən “Ərəb Mərakeşi” (Əddaricə) regionunun “Buveyra” dağlarında hərbi əməliyyatlar keçirir.

Əbdülməlik Drukdal 1971-ci ildə Əlcəzayirin Fəth şəhərində anadan olub. Əfaqanıstanda döyüşüb. 2004-cü ildə vəhabi-sələfi qruplaşması olan “təbliğ və mübarizə” terrorçu dəstəsinə başçılıq edib.

Bu dəstə 2006-cı ildə əl-Qaidə ilə birləşərək özünü “Ərəb Mərakeşi regionunun əl-Qaidəsi” adlandırıb. Bu dəstə yarandığı gündən terror əməliyyatlarını həyata keçirməyə başlayıb. Dəfələrlə Əlcəzayirin təhlükəsizlik qüvvələrinə terror hücumları ediblər.

Qeyd edək ki, Tunis, Liviya, Əlcəzayir, Mavritaniya və Mərakeş dövlətləri “Ərəb Mərakeşi regionu” adlanır.

http://iqna.ir/fa/news/3746510  

Ad:
E-poçt:
* Comment:
* captcha: