IQNA

Nikki Heyli Suriya və müttəfiqlərini hədələdi

17:59 - September 13, 2018
Xəbər sayı: 3483852
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Suriya və müttəfiqlərini hədələyib. O, həmçinin Suriya və onun müttəfiqlərinə (İran və Rusiya) müraciət edərək,"Bizi yoxlamayın",-deyə mesaj da göndərib.

Nikki Heyli Suriya və müttəfiqlərini hədələdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib ki, Suriyanın İdlib şəhərinə istənilən hücuma ABŞ cavab verəcək.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bu barədə "Fox News"a müsahibəsində danışıb. O, həmçiin Suriya və onun müttəfiqlərinə (İran və Rusiya) müraciət edərək,"Bizi yoxlamayın",-deyə mesaj da göndərib.
 
Nikki Heyli həmçinin deyib ki, Vaşinqton və onun müttəfiqləri İdlibə qarşı həm kimyəvi, həm də digər silahlardan istifadə edildikdə hərəkətə keçəcək.
 
Qeyd edək ki, İdib şəhəri hazırda Suriya ərazisində müxtəlif terror qrupların son sığınacağı sayılır. ABŞ və müttəfiqləri tərəfindən dəstəklənən bu terror qruplaşmaları Suriyanın müxalif qüvvələri hesab edilir və onlara maliyyə və digər yardımlar olunur. /maide.az/
Teqlər: iqna ، nikki ، abş ، idlib ، suriya
captcha