IQNA

11:08 - September 14, 2018
Xəbər sayı: 3483853
Fələstində işsizlik 2017-ci ildə dünya səviyyəsində ümumilikdə 27 ,4 faiz, Qəzzadakı vəziyyət isə 44 faiz təşkil edib. Hesabatda 11 il mühasirədə saxlanılan Qəzzanın durumu acınacaqlı qeyd olunub. 

BMT: Qəzzada humanitar durum acınacaqlıdırIQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi( verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının inkişaf agentliyinin (UNCTAD) özünün illik hesabatında Fələstinlilər arasında xüsusi ilə Qəzzada yaşayan fələstinlilər arasında işsizlik səviyyəsinin həddən artıq artdığını və bu bölgədə vəziyyətin fəlakət həddinə çatdığını qeyd edib. 

Qurumun illik hesabatında işğal olunmuş Fələstin ərazilərindəki işsizlik 2017-ci ildə dünya səviyyəsində ümumilikdə 27 ,4 faiz, Qəzzadakı vəziyyət isə 44 faiz təşkil edib. Hesabatda 11 il mühasirədə saxlanılan Qəzzanın durumu acınacaqlı qeyd olunub. 
 
Qeyd olunub ki, 2017-ci ildə fələstinlilər tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının  həcmi 11 faiz azalıb. 30 yaşına çatmış fələstinlilərin yarısı demək olar ki, işsizdir
 
Hesabatda qeyd olunu rki,  işğalçı İsrail rejiminin  Fələstin xalqına qarşı tətbiq etdiyi məhdudiyyətlərin artması və işğalın davamı ilə  Fələstinlilərın həyat şəraiti daha da  çətinləşib. 
 
UNCTAD ABŞ-ın fələstinlilərə yardımının kəsilməsi ilə  Fələstin xalqının durumunun daha da ağırlaşacağı haqda xəbərdarlıq edib. 
 
UNCTAD bildirir ki, mühasirəyə alınmış ərazilərdə məhdudiyyətlərin aradan qaldırılmasının zəruriliyi xüsusilə vacib olduğunu qeyd edib.  Fələstinlilərə beynəlxalq yardım bir il əvvəlki ilə nisbətən 10 faiz azalıb. 
Teqlər: iqna ، BMT ، Fələstin
Ad:
E-poçt:
* Comment:
* captcha: