IQNA

18:06 - September 14, 2018
Xəbər sayı: 3483859
BMT (Birləşmiş Millətlər Təşkilatı) humanitar məsələlər üzrə koordinatorluq şöbəsi (OCHA) elan edib ki, Nigeriyanın 55 vətəndaşı vəba xəstəliyinə tutularaq dünyasını dəyişib.

BMT: Nigeriyada 55 nəfər “vəba”dan ölübİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BMT (Birləşmiş Millətlər Təşkilatı) elan edib ki, Nigeriyanın 55 vətəndaşı vəba xəstəliyinə tutularaq dünyasını dəyişib.

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) humanitar məsələlər üzrə koordinatorluq şöbəsi (OCHA) bu barədə məlumat verərək bildirib ki, hazırda Nigeriyada minlərlə insan vəba xəstəliyinə tutulub.

Məlumatda deyilir ki, bu xəstəlik cari ilin İyun ayında ölkənin Maradi əyalətində yayılmağa başlayıb və sonradan Dusu, Tava və Zinder əyalətlərinə də yoluxub.   

OCHA-nın məlumatına görə, cari ilin İyun ayından indiyədək Nigeriyada 2 min 752 nəfər vəba xəstəliyinə tutulub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı hesabatında deyilir ki, Afrika səhrasının cənubunda yerləşən ölkələr həmişə vəba xəstəliyi ilə üz-üzədirlər. Keçən il (2017) Afrikanın 17 ölkəsində 150 min nəfər vəba xəstəliyinə tutulub, onlardan 3 min nəfəri həyatını itirib.  

http://iqna.ir/fa/news/3746723

Teqlər: iqna ، nigeriya ، vəba
Ad:
E-poçt:
* Comment:
* captcha: